Həcc ziyarətində dünyasını dəyişən azərbaycanlının KİMLİYİ bilindi


Digərləri 05 Avq 2019 11:06:31 269 0

Həcc ziyarətində dünyasını dəyişən azərbaycanlının KİMLİYİ bilindi

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlardan biri dünyasını dəyişib.

Son.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən Trend-ə verilən məlumata görə, dünyasını dəyişən zəvvar Ağdam rayonundan olan 69 yaşlı Şükürov Bəhmən adlı şəxsdir.

Ürək tutmasından ölən Ş.Bəhmən Səudiyyə Ərəbistanında dəfn olunacaq.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.

Xatırladaq ki, zəvvarların avqustun 21-dən 25-ə qədər Həcc ziyarətindən Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə geri qayıdacaqlar.

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.