Sumqayıtda yük maşını qaldırıcı kranla toqquşdu FOTO


Digərləri 05 Avq 2019 10:26:00 192 0

Sumqayıtda yük maşını qaldırıcı kranla toqquşdu  FOTO

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, avtoqəza şəhərin Sahil küçəsində, Corat abidəsinin qarşısında qeydə alınıb.

Belə ki, Corat abidəsi istiqamətindən hərəkət edən yükqaldırıcı kran Sahil küçəsi ilə hərəkət edən "Ford" markalı kiçiktutumlu yük avtomobili ilə toqquşub.

Xəsarət alan olmasa da, "Ford" markalı avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə YPX əməkdaşları cəlb olunub və qəzanın baş vermə səbəbləri araşdırılır.

Qəza səbəbindən bir müddət yolda sıxlıq yaranıb. Yol polisinin müdaxiləsindən sonra nəqliyyatın hərəkəti bərpa edilib.


Xəbərə aid fotolar