Polislər özlərini ölümə atıb insanları yanğından belə xilas etdi


Digərləri 05 Avq 2019 09:58:00 234 0

Polislər özlərini ölümə atıb insanları yanğından belə xilas etdi

https://avtosfer.az/news/79814

Avqustun 4-də Qaradağ rayonunda "Sədərək" ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Son.az xəbər verir ki, avtosfer.az-a oxucuların göndərdiyi videodan məlum olur ki, yanğın zamanı xəsarət alaraq tüstüdən boğulanlar olub. Onları hadisə yerinə gələn polislər xilas edib. Xilasetmə zamanı polis əməkdaşlarından da bir neçəsi tüstüdən zəhərlənib. Digər polislər paqon yoldaşlarını da xilas ediblər.

Polislərin bu qəhrəmanlığı vətəndaşlar tərəfindən videoya çəkilib. Videodan o da məlum olur ki, sahibkarlar mallarını yanğından xilas edərkən də polislər onlara köməklik göstərib.

Görüntüləri təqdim edirik: