Məşhur müğənninin qastrol turu qastrolların bütün tarixi ərzində ən yüksək gəlirli tur sayılıb


Digərləri 05 Avq 2019 06:30:00 315 0

Məşhur müğənninin qastrol turu qastrolların bütün tarixi ərzində ən yüksək gəlirli tur sayılıb

Britaniya müğənnisi Ed Şiranın "Divide" qastrol turu qastrolların bütün tarixi ərzində ən yüksək gəlirli tur sayılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "The Guardian" yazıb.

Nəşrin məlumatında deyilir ki, qastrollar hələ başa çatmayıb, amma musiqiçi artıq 736 milyon dollar qazanc əldə edib. Şiranın qarşıda hələ 12 konserti var.

Başa çatandan sonra bu qastrol, həmçinin ən çox tamaşaçı toplayan qastrol səfəri olacaq. Dünyanın 42 ölkəsində müğənninin konsertlərinə artıq 8,5 milyondan çox bilet satılıb.