99 yaşlı kişidən inanılmaz ƏMƏL Uşaqları… FOTO


Digərləri 05 Avq 2019 01:30:00 276 0

99 yaşlı kişidən inanılmaz ƏMƏL  Uşaqları… FOTO

İngiltərədə baş verən bir hadisə dünya mediasının gündəminə düşüb.

Son.az ölkə.az-a istinadən bildirir ki, İngiltərədə yaşayan 99 yaşlı qocanın hərəkəti hamını kövrəldib. Belə ki, Tom adlı bu nurani kişi, ömrünün son 22 ilini xəstə uşaqlar üçün yardım yığmaqla məşğuldur.

Bu barədə sosial şəbəkədə istifadəçilərdən biri bildirib. 

"Əlil arabası ilə hərəkət edən Tom hər gün küçədə insanlardan pul yığmaqla keçirir. Bir neçə ay bundan əvvəl rəsmi olaraq bir milyon funt sterlinqini (2 milyon manatdan çox ) yığıb tamamlayıb. Tom yığdığı bütün pulları uşaq xəstəxanasına bağışlayıb. 

99 yaşlı  bu adam qocalığına, xəstəliyinə baxmayaraq, hər gün yorulmadan, soyuqda, yağışda, qarda belə, əlində qəpik qutusu ilə küçədə xəstə uşaqlar üçün pul yığır. Ölkədə hamı onu tanıyır, sevir, qəhrəman hesab edir.   Tom indi xəstədir, xəstəxanada yatır, amma yenə də hər gün həkim icazə verən kimi  qutusunu alıb xəstəxananın birinci mərtəbəsində dayanıb xəstə uşaqlar üçün vəzifəsini yerinə yetirir - digər xəstələrin yanına gələnlər Tomu görmədən, qutusuna qəpik atmadan keçmir. Toma həsəd aparıram - bir insanın bu qədərmi böyük ürəyi, əzmi olarmış!" - deyə qeyd edib.


Xəbərə aid fotolar