Astronomların yeni tədqiqatı Süd Yolu qalaktikası haqda təsəvvürləri dəyişib


Digərləri 05 Avq 2019 00:45:00 293 0

Astronomların yeni tədqiqatı Süd Yolu qalaktikası haqda təsəvvürləri dəyişib

Astronomların yeni tədqiqatı Süd Yolu qalaktikası haqda təsəvvürləri dəyişib, Məlum olub ki, əvvəllər hesab edildiyi kimi, bizim kəhkəşan hamar deyil, əyri və burulan formadadır. Süd Yolunda ən parlaq ulduzlarını tədqiqi göstərir ki, onlar akademik əsərlərdə və elmi-populyar jurnallarda göstərildiyi kimi, qalaktika diskinin hamar səthində yerləşmir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Varşava Universitetinin astronomları bizim qalaktikanın bu cür formada olmasını onun digər qalaktikalarla toqquşması ilə əlaqələndirirlər. Onlar yeni üçölçülü xəritə tərtib ediblər və Science jurnalında dərc etdiriblər. Süd Yolunun əvvəlki xəritəsində qalaktikanın hamar səthində ehtimal olunan 2,5 milyard ulduzdan 2,5 milyonu əks olunub. Universitetin professoru Dorota Skovron hesab edir ki, rəssamların əsərləri qalaktikamızın formasını təxmini göstərir. Onun sözlərinə görə, Süd Yolunun daxili strukturu və inkişaf tarixi indiyədək dərk edilməyib və bunun bir səbəbi də qalaktikamızın ən ucqar yerlərində olan ulduzlar arasında məsafəni ölçməyin mümkün olmamasıdır.

Astronom əlavə edib ki, daha dəqiq xəritə tərtib etmək üçün Süd Yolunun "dəyişən sefeidlər" adlanan bir neçə parlaq ulduzu arasında məsafə ölçülüb. Bu ulduzlar Günəşdən yüz, bəziləri isə min dəfə daha parlaqdır və bu səbəbdən də qalaktikanın kənarlarında onları müşahidə etmək mümkündür. Bundan başqa, onların pulyasiyası parlaqlıqla proporsional olaraq mütəmadi intervalla davam edir. Məhz bu pulyasiya prosesi astronomlara ulduzların arasında məsafəni dəqiq ölçməyə imkan verib.

Həmin ulduzların əksəriyyəti ABŞ və Polşa astronomlarının Kainatın qara materiyasının öyrənilməsi üzrə birgə layihə çərçivəsində aşkar edilib. "Qravitasiya linzləşməsi üzrə optik eksperiment" adlı layihə Çilinin Atakama səhrasındakı Las Kampanas rəsədxanasında həyata keçirilir.