Əfqanıstanda partlayış olub: iki nəfər həlak olub


Dünya 04 Avq 2019 22:08:00 180 0

Əfqanıstanda partlayış olub: iki nəfər həlak olub

Əfqanıstanda maqnit əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində ən az iki nəfər həlak olub, üç nəfər xəsarət alıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə bu barədə "TOLOnews" telekanalı bildirib.

Məlumata əsasən, hadisə Kabul şəhərinin Taymani rayonunda baş verib. Bildirilir ki, hücumda hədəf içərisində "Khurshid TV" özəl televiziya şəbəkəsinin işçiləri olan avtobus olub.

Telekanalın iki əməkdaşı xəsarət alıb.