Diri adamın qılmadığı namazların qəzasını yaxınlarından biri qıla bilərmi?


Digərləri 04 Avq 2019 19:45:00 227 0

Diri adamın qılmadığı namazların qəzasını yaxınlarından biri qıla bilərmi?

Diri adamın qılmadığı namazların qəzasını onun yaxın adamlarından biri (oğlu ya qızı) qıla bilərmi?

Hər kəs öhdəsində olan namazları özü qılmalıdır. Diri adamın əvəzinə başqası namaz qıla bilməz - hər nə qədər ona yaxın olsa və hər nə qədər onu sevsə də. Lakin ata vəfat etdikdən sonra qılmadığı namazları onun böyük oğlu qəza etməli və ya muzd müqabilində başqasına qıldırmalıdır. Ananın namazlarını qəza etmək əksər müctəhidlərə görə vacib deyil. Həmçinin, kiçik oğlun və qızın da boynunda borc yoxdur, amma bunu etmələrinə qadağan da yoxdur.

Qeyd edək ki, müctəhidlərin bir hissəsinin (məsələn, cənab Ayətullah Sistani) fikrincə, əgər ata namazı qəsdən qəzaya veribsə, qılmadığı namazları qəza etməyə vaxtı olub, amma qəsdən bunu yerinə yetirməyibsə və ya ümumiyyətlə namaz qılmaq fikrində olmayıbsa, belə atanın namazlarını qəza etmək heç kimin vəzifəsi deyil.