Rus rublu növbəti ABŞ sanksiya dalğası qarşısında dəyər itirdi


Dünya 04 Avq 2019 17:54:00 190 0

Rus rublu növbəti ABŞ sanksiya dalğası qarşısında dəyər itirdi

Rusiya Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların Moskvaya yeni raund sanksiylar tətbiq etməsini "təəssüfedici" adlandırıb. Cümə axşamı qüvvəyə minən yeni sanksiyalar Rusiyanın sabiq casusu Britaniya ərazisisndə zəhərlədiyinə cavab olaraq tətbiq olunub.

Vaşinqton hələ ötən il QRU-nun sabiq polkovniki Sergey Skripal və onun qızının İngiltərənin Salisburi şəhərində zəhərlənməsindən sonra Rusiyaya qarşı ölçülər götürmüşdü.

Həmin hücumdan sonra Avropa ölkələri və ABŞ 100-dən çox rus diplomatını ölkələrindən qovmuşdular.

Prezident Donald Trampın imzaladığı yeni sanksiya ölçüsü Dünya Bankının kimyəvi və atom silahlarından istifadə etdiklərinə görə ABŞ sanksiyaları ilə üzləşdiyi ölkələrə borc pul verməsini dayandırır.

Cümə günü Trampın ölçüsündən sonra bir dolların dəyəri 65 rus rubluna bərabər olub.

Rusiya xarici işlər nazirliyi ABŞ-ın son addımını pisləyib.