Səhər yeməyində nələr olmalıdır? –


Digərləri 04 Avq 2019 17:55:00 262 0

Səhər yeməyində nələr olmalıdır? –

Səhər yeməyi insan orqanizminin enerji balansını qoruyan əsas faktorlardan biridir. Çoxları səhər yeməyini önəmsiz sayaraq ona bir qədər ciddi yanaşmırlar. Amma bu, günə enerjili başlamaq və enerjili bitirmək üçün olduqca vacibdir. Eyni zamanda qidalar da düzgün seçilməlidir. Mütəxəssislər hesab edirlər ki, səhər yeməyi keyfiyyətli olmalıdır ki, günlük enerjinizi təmin edə bilsin. Son.az yeniavaz.az-a istinadən səhər yeməyində mütləq olmalı qidaları təqdim edir: Karbohidrat: Səhər yeməyində günlük enerjinizin yüksək olması üçün mütləq tərkibində karbohidrat olan qidalar olmalıdır. Karbohidrat əsasən tam taxıllı məhsulların (kəpəkli çörək, yulaf, simit və s.) tərkibində olur. Süd və süd məhsulları: Səhər yeməyində mütləq şəkildə pendir kimi süd məhsullarından istehlak etməlisiniz. Pendirin tərkibində olan zülallar südə nisbətən daha yaxşı həzm olunur. Pendirin tərkibində eyni zamanda A, D, E, B1, B2, C və başqa vitaminlər var. Zeytun: Zeytun da səhər yeməyində istehlak edilməli olan qidalar arasındadır. Tərkibində Omeqa-6 yağlı turşular, orqanik turşular, zülallar, C, E, A, K, B qrupu vitaminləri, dəmir fosfor var. Bu vitaminlər uşaqlarda və yetkin insanlarda sümüklərin inkişafına kömək edir və kalsiumun miqdarını tənzimləyərək sümükləri gücləndirir. Eyni zamanda xərçəngin yaranma riskini azaldır. Yumurta: Qida rasionunuzun ən faydalı qidalarından biri də yumurtadır. Protein mənbəyi olan bu qidanı, istər soyutma, istər pomidor yumurta, istərsə də omlet şəklində hazırlayıb yeyə bilərsiniz. Səhər istehlak edilən yumurta gün boyu sizi tox tutacaq. Yumurta  kalsium, kalium, fosfor, maqnezium, natrium, kükürd, dəmir, sink, yod, mis, bor ilə zəngindir, həmçinin tərkibində B qrupu vitaminlər (B1, B2, B3, B6, B9, B12) və E, C, D,A, H, PP, K vitaminləri vardır. Sarısı isə əsasən D vitamini ilə zəngindir. Son.az