“Səhra mətbəxi” müsabiqəsinə start verilib FOTO


Digərləri 04 Avq 2019 17:16:00 207 0

“Səhra mətbəxi” müsabiqəsinə start verilib  FOTO

"Beynəlxalq Ordu Oyunları - 2019" yarışları çərçivəsində keçirilən və Azərbaycan hərbi aşpazlarının da iştirak etdiyi "Səhra mətbəxi" müsabiqəsinə start verilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, müsabiqənin hakimləri hərbi aşpazlar tərəfindən hazırlanan müxtəlif təamların dadına baxaraq qiymətləndirməni həyata keçirir.

Yarışlar çərçivəsində "Dostluq evi"ndə Azərbaycanın hərbi aşpazları tərəfindən hazırlanan müxtəlif milli yeməklərimiz yarış iştirakçılarına və qonaqlara təqdim edilir.


Xəbərə aid fotolar