Uberin baş direktoru əməkdaşlarına məktub göndərdi:


Digərləri 04 Avq 2019 16:45:00 253 0

Uberin baş direktoru əməkdaşlarına məktub göndərdi:

Uber kompaniyası təxminən 400 əməkdaşını işdən çıxaracaq- marketinq üzrə hər üçüncü mütəxəssis (bütün dünya üzrə) Bloomberg nəşri mənbəyə istinadən yazıb.

Son.az facemark.az-a istinadən bildirir ki, onların informasiyasına görə, Uberin baş direktoru Dara Xosrovşahi 29 iyulda qarşıdakı ixtisarlar haqqında əməkdaşlara xəbərdarlıq edib.

"Hazırda belə bir mənzərə yaranıb ki, biz sürətli inkişafa baxmayaraq, yavaşlayırıq. Şirkət böyüdükcə bu hal təbii yolla baş verir, lakin biz bununla məşğul olmalıyıq, özü də tez", - Xosrovşahi bu haqda məlumatı əməkdaşların e-poçtuna yollayıb, deyə "Bloomberg"ə mənbə deyib.

İnformasiya agentliyi yazır ki, marketinqdən əməkdaşların bu sayda çıxarılması ilk böyük addımdır. Yenidən təşkil o vaxt baş verib ki, Uber-in vitse-prezidenti Cill Heyzelbeyker nəzarəti öz üzərinə götürüb.

Xatırlatmaq yerinə düşər ki, cari ilin birinci rübündə Uber 1,01 milyard dollar zərər edib və gəlirlərin həcmi isə 3,1 milyard dollar olub.