Məşhur hollivud təqibinin rimeyki çəkilib VİDEO


Digərləri 04 Avq 2019 14:30:00 234 0

Məşhur hollivud təqibinin rimeyki çəkilib  VİDEO

Discovery telekanalında çıxan Fast N'Loud şousu Bullitt filmindəki təqib səhnəsini yenidən canlandırıblar. San Fransisko küçələrində çəkilmiş 10 dəqiqəlik təqib səhnəsində filmin baş qəhrəmanı Frenk Bullitin tünd yaşıl rəngli Ford Mustang GT390 kupesi ilə aradan çıxmağa çalışan killerlərin Dodge Charger avtomobilini təqib edir.

Bu epizod kinomatoqrafın tarixinə geniş şəkildə çəkilmiş təqib səhnəsi ilə yadda qalıb. Keçən il bu filmin 50 yaşı tamam olub və Discovery kanalı bu əlamətdar hadisəni və avtomobil yarışlarının böyük pərəstişkarı olan aktyorun xatirəsini qeyd etmək üçün bu səhnəni yenidən çəkib.

Xüsusi olaraq bu çəkilişlər üçün, amerikan Gas Monkey firması Mustang GT390 modelinin dəqiq surətini hazırlayıb. Üstəlik, Discovery kanalı məşhur aktyorun oğlu Çed MakKuini çəkilişə dəvət edib.

Videoçarxda təqibin marşrutu və bir sıra elementlər dəqiqliklə yenidən yaradılıb. Məsələn, kadrların birində hər iki kupenin yanından keçdiyi köhnə Volkswagen Beetle modeli peyda olur. Yeri gəlmişkən, 1968-ci ildə çəkilmiş filmdə iki ədəd Mustang GT390 kupesindən istifadə edilib. Onlardan birindən tullanışlar, digərindən isə yaxın çəkilişlər zamanı istifadə edilib. Timeykin çəkilişində isə, yalnız bir avtomobildən istifadə edilib.

2017-ci ilin yazında filmdə iştirak etmiş kupelərdən birini Meksikadakı səhrada tapıblar. Avtomobili orijinal yaşıl rənginə, təhlükəslik karkasının izinə və çəkiliş zamanı işıq cihazlarını qidalandıran generatorun buraxılış borusunun çıxması üçün döşəmədə açılmış dəliyə əsasən identifikasiya ediblər. Avtomobilin sahibi ilkin olaraq onu "60 saniyəyə qaçırmaq" filmindəki Eleanora çevirmək istəyib. Lakin, modelin tarixini öyrəmnəndən sonra onu Ford şirkətinə tam bərpa edilməsi üçün verib