Ailə büdcəsi necə


Digərləri 04 Avq 2019 13:20:00 371 0

Ailə büdcəsi necə

Bu gün biz ailə büdcəsindən danışacağıq. Mövzu olduqca aktualdır, belə ki, valideynlərin və eləcə də uşaqların maliyyə rifahı büdcənin təşkilindən asılıdır.

Ailə büdcəsi dedikdə gəlir və xərclərin planlanması (adətən 1 aylıq) nəzərdə tutulur. Fərdi maliyyə planı nə qədər düzgün tərtib edilsə, ailənin maddi vəziyyəti bir o qədər yaxşı olacaq. Plan real olmalıdır, ailə üzvlərinin hər biri bu plana riayət etməlidir. Demək, ailə büdcəsi necə təşkil olunmalıdır.

Son.az gencaile.az-a istinadən bildirir ki, ailə büdcəsinə iki gəlir və dörd dənə xərc kateqoriyası daxildir. Cədvəl qurarkən, hər bir kateqoriyanı ayrı-ayrılıqda planlamaq lazımdır.

Çox vacib bir məqamı da qeyd etmək istərdik. Ailə büdcəsinin planlanması, ailənin istifadə etdiyi büdcənin tipindən asılıdır. Bu səbəbdən ilk növbədə istifadə etdiyiniz büdcənin növünü müəyyən etməyiniz məqsədə uyğundur (ortaq, qarışıq və ya ayrılıqda aparılan).

Büdcəni tərtib etməzdən əvvəl ötən aydakı gəlirləri və xərcləri təhlil etməlisiniz. Lazımı məlumatları əldə etdikdən sonra, növbəti ay üçün büdcəni planlamağa başlaya bilərsiniz.

Ailə büdcəsi özündə gəlirləri və xərcləri əks etdirən cədvəl şəklində tərtib olunur, cədvələ plan və faktiki məlumatlar yazılır (plan - dərhal, faktiki - ortaya çıxa biləcək xərclər)

Siz cədvəli müxtəlif, sizin üçün rahat olan üsullarla tərtib edə bilərsiniz: əl ilə kağız üzərində, MS Excel və ya mühasibatlıqda istifadə olunan proqramların köməyi ilə.

Ortaq tipli ailə büdcəsi cədvəlində ilk olaraq gəlirlər planlanır. Bundan sonra isə sizə aşağıdakı xərcləri planlamağı tövsiyə edirəm:

-borcların ödənilməsi

-ehtiyatların yaradılması

-qırağa atılan pul