“Avromaydan” zamanı xüsusi qəddarlığı ilə fərqlənən polkovnik bu dəfə Moskvada iş başında FOTO


Dünya 04 Avq 2019 12:29:00 294 0

“Avromaydan” zamanı xüsusi qəddarlığı ilə fərqlənən polkovnik bu dəfə Moskvada iş başında  FOTO

Otən gün Moskvanın Bulvarnaya prospektində müxalifət tərəfdarlarının azad seçkilər tələbi ilə keçirməyə cəhd etdiyi icazəsiz etiraz aksiyasının dağıdılması zamanı ukraynalı polkovnik gözə dəyib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Moskvanın mərkəzində mitinqçiləri dağıdan "Rosqvardiya" döyüşçülərinin komandirləri arasında Ukraynanın xüsusi təyinatlı "Berkut" polis polkunun keçmiş komandir müavini Sergey Kusyuk da yer alıb.

Xəbər verildiyi kimi Moskva şəhər Dumasına seçkilərdə müxalifətçi namizədlərin qeydə alınmamasına etiraz olaraq keçirilən etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələri 600-dən çox etirazçını saxlayıb. Polis və "Rosqvardiya" etirazçılara qarşı xüsusi qəddarlıqla güc tətbiq edib, saxlanılanlar arasında jurnalistlər, müxalifət lideri Aleksey Navalnının Korrrupsiyaya qarşı Mübarizə Fondunun fəalları və digərləri, habelə təsadüfən yoldan keçənlər və aksiyaya heç bir aidiyyatı olmayanlar da var. Aksiyanın keçirildiyi ərazidə mobil rabitə bloklanıb.

Bildirilir ki, polkovnik Sergey Kusyuk mitinqi dağıdanlara rəhbərlik edənlərdən biri olub. Onun barəsində Ukraynada bir neçə cinayət işinin qaldırıldığı məlumdur. Ukraynada hakimiyyət dəyişikliyindən sonra Kusyuk Krıma qaçıb, daha sonra Moskva OMON-unda işə keçib və ilk dəfə 2017-ci ilin iyununda mitinqlərin dağıdılmasında iştirak edib.

МБХ Медиа@MBKhMedia