"İnstaqram"ın işində problemlər yaranıb


Digərləri 04 Avq 2019 11:05:00 252 0

"İnstaqram"ın işində problemlər yaranıb

"Instagram" sosial şəbəkəsinin işində problem müşahidə olunub

Bakı. "Instagram" sosial şəbəkəsinin işində problem müşahidə olunub. Trend-in məlumatına görə, bu barədə məşhur internet resurslarda problemləri aşkarlayan "Downdetector" portalı xəbər verib. Məlumata əsasən, problemlər səhər saat 06:17-dən müşahidə edilir. Sosial şəbəkənin işindən daha çox ABŞ, Braziliya, Niderland, Fransa, Almaniya, Meksika, Polşa, Böyük Britaniya, Serbiya, Çili, Yaponiya və Malayziyada yaşayan istifadəçilər şikayətləniblər.