İsmayıllıda "Mercedes" yanıb


Digərləri 04 Avq 2019 09:20:58 243 0

İsmayıllıda "Mercedes" yanıb

İsmayıllı rayonunda yanğın hadisəsi baş verib

Bakı. İsmayıllı rayonunda yanğın hadisəsi baş verib. FHN-dən Trend-ə verilən məlumata görə, İsmayıllı rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.