İranda düyü istehsalı artacaq


Digərləri 04 Avq 2019 00:47:24 261 0

İranda düyü istehsalı artacaq

Cari ildə İranda düyü istehsalı artaraq 2,5 milyon tona çatacaq.

Bakı. Elnur Bağışov - Cari ildə İranda düyü istehsalı artaraq 2,5 milyon tona çatacaq. Trend-in məlumatına görə, bunu İranın Kənd Təsərrüfatı Nazirliyinin taxıl və əsas məhsullar idarəsinin baş direktoru Fəramək Əzizkərimi deyib. F.Əzizkəriminin sözlərinə görə, İranın düyü ehtiyacı ildə 3 milyon tondur: "Hökumətin qərarına əsasən, çəltik əkini sadəcə Gilan və Mazandaran vilayətlərində ola bilər. Bu iki vilayət istehsal artımı ilə İranın daxili ehtiyacını təmin etməlidir”.