Yaşlanma ilə ən yaxşı mübarizə aparan


Digərləri 03 Avq 2019 23:14:00 212 0

Yaşlanma ilə ən yaxşı mübarizə aparan

Bədənin sağlamlığı yediklərinizdən asılıdır. Yanlış bəslənmə, daimi stress dəridə əsk olunur. Rəngi solmuş dəridə getdikcə incə qırışlar yaranmağa başlayır.

Son.az publika.az-a istinadən yaşlanma əleyhinə 7 ən yaxşıqida ilə tanış edir.

1. Avokado

Avokadonun tərkibinə dərinin nəmlənməsinə kömək edən bir çox faydalı yağ daxildir. Onu salatlara, sendviçlərə və hətta desertlərə əlavə edin.

2. Qara giləmeyvələr

Qarağat daha çox antioksidan ehtiva edir. Dərini sərbəst radikallardan effektiv şəkildə qoruyacaq. Yaxşı bir nəticə əldə etmək üçün hər gün 1/2 fincan qarağat yeyin.

3. Brokkoli

Brokkoli yaşlanma və iltihab əleyhinə olan ən faydalı bitkidir, tərkibində C və K vitaminləri, lif, müxtəlif antioksidanlar, folat, kalsium və lutein var. Həm çiy, həm də bişmiş formada istifadə edilə bilər.

4. Yaşıl çay

Yaşıl çaya dərini hiperpiqmentasiyadan qoruyan katexinlər və sərbəst radikallarla mübarizə aparan polifenollar daxildir. Hər gün 1 stəkan yaşıl çay için.