Uşaqlarda piylənmənin qarşısını necə almaq olar? –


Digərləri 03 Avq 2019 22:20:00 206 0

Uşaqlarda piylənmənin qarşısını necə almaq olar? –

Artıq çəkili uşaqlar böyüdükdə piylənməyə və gənc yaşda qeyri-infeksion xəstəliklərə - diabet və ürək-damar xəstəliklərinə məruz qalırlar. Bu da vaxtından əvvəl ölüm və əlilliyə səbəb olur.

Bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) açıqladığı məlumatda bildirilir.

İSİM uşaqlıq dövründə başlayan piylənmənin sağlamlıq üçün fəsadları və onların qarşısının alınması ilə bağlı bir sıra tövsiyələr hazırlayıb.

Qeyd olunub ki, piylənmədən əziyyət çəkən körpələr və azyaşlılar sonra, yəni yeniyetmə və böyük yaşlarda da artıq çəkili olurlar.

Uşaqlarda piylənmənin qarşısını almaq üçün tövsiyələr:

Düzgün qidalanma vərdişi formalaşdırmaq

Meyvə-tərəvəz, paxlalı bitkilərdən daha çox istifadə etmək

Qida rasionunda doymuş yağları doymamış yağlarla əvəz etmək

Şəkərin istifadəsini azaltmaq