Beyləqanda birmərtəbəli ev yanıb


Digərləri 03 Avq 2019 22:03:40 197 0

Beyləqanda birmərtəbəli ev yanıb

Beyləqan rayonunda yanğın hadisəsi baş verib

Bakı. Beyləqan rayonunda yanğın hadisəsi baş verib. FHN-dən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 49 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 15 m² sahədə, yaxınlıqda yığılan 34 ton ot bağlamasının 6 tonu və ümumi sahəsi 58 m² olan qamışdan ibarət köməkçi tikili yanıb. Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.