​​​​​​​Hamilələr D vitaminini necə qəbul etməlidir?


Digərləri 03 Avq 2019 21:40:00 247 0

​​​​​​​Hamilələr D vitaminini necə qəbul etməlidir?

Hamiləlik zamanı bir sıra vitamin, mineral komplekslərinin qəbul olunması tövsiyə edilir. Onlardan ən vacib olanlarından biri D vitaminidir?

Hamiləlikdə D vitamininin rolu nədən ibarətdir? Bu vitamin necə qəbul olunmalıdır?

Son.az e-tibb.az-a istinadən cərrah-ginekolog Nigar Abdullayevanın bununla bağlı fikirlərini təqdim edir:

Hamilə qadının qəbul etməsi vacib olan vitaminlərdən biri də D vitaminidir. Belə ki, digər maddələrlə yanaşı, D vitamini uşaq inkişafını təmin edir, həmçinin qadına hamiləlik boyunca enerji və güc verir.

Vitamin D niyə bu qədər əhəmiyyətlidir?

Vitamin D kalsiumun orqanizm tərəfindən mənimsənilməsinə kömək edir, sümük və dişlərin möhkəmliyini təmin edir. Bundan başqa, dölün sümüklərinin vəziyyəti hamiləlik zamanı qadın orqanizmində olan D vitaminindən çox asılıdır.

D vitamini hüceyrə membranının qoruyucu xüsusiyyətlərini gücləndirərək immun sisteminə müsbət təsir edir. Alimlərin yeni tədqiqatlarına əsasən, ürək və qan damarlarına da bu vitaminin çox faydası var. O diabetin, xərçəngin və sklerozun inkişafının qarşısını alır.

D vitamini hamiləlik zamanı nə qədər lazımdır?