İnstagram və WhatsAppın adı dəyişiləcək


Digərləri 03 Avq 2019 20:46:00 234 0

İnstagram və WhatsAppın adı dəyişiləcək

İnstagram və WhatsApp tətbiqlərinin adına "Facebook" dəqiqləşdirməsi əlavə ediləcək.

Son.az Trend-ə istinadən bildirir ki, yenilənmiş ad Apple və Google Play-da, eləcə İnstagram və WhatsApp tətbiqlərin daxilində əks olunacaq.

Mobil cihazların ekranında tətbiqlər eyni adlar altında qalacaq.

Facebook sözçüsü Berti Tomsonun sözlərinə görə, bu cür tədbirlər İnstagram və WhatsApp şirkətə aid olduğunu göstərəcək.