Mobil telefonlar bu xəstəlikləri yaradırmış


Digərləri 03 Avq 2019 20:15:00 243 0

Mobil telefonlar bu xəstəlikləri yaradırmış

Aparılan tədqiqatlara əsasən, smartfonlardan gün ərzində bir saatdan çox istifadə edən şəxslərdə piylənmə riski daha yüksəkdir. Venesueladakı Simon Bolivar Universiteti alimləri bildiriblər ki, telefonun tez-tez istifadəsi oturaq həyat tərzindən xəbər verir.

Son.az e-tibb.az-a istinadən telefonla 5 saat və ya daha çox vaxt keçirən tələbələrin 43%-i telefonla daha az vaxt keçirən həmyaşıdları ilə müqayisədə daha çox çəki problemi ilə üzləşirlər. Bir insan hər gün bir saatdan çox smartfona vaxt sərf edirsə, piylənmə riski altındadır.

Artıq çəkili insanların təxminən 25% -i, tamamilə piylənmədən əziyyət çəkənlərin isə demək olar ki, 5% -i telefonla 5 saatdan çox vaxt keçirənlərdir.

Telefonda asılılığı olan insanlar şəkərli, qazlı içkiləri iki dəfə çox içir, "fast food", şirniyyat yeməyə daha çox meylli olurlar.

Alimlər bildiriblər ki, telefondan çox istifadə yalnız çəki problemi yaratmır, şəkərli diabet, ürək xəstəliyi, xərçəng, əzələ-skelet sistemi problemləri və hətta vaxtından əvvəl ölümlə nəticələnir.