Həddindən artıq köklük, çox yemək psixiatrik problemdir? –


Digərləri 03 Avq 2019 20:20:00 273 0

Həddindən artıq köklük, çox yemək psixiatrik problemdir? –

Həddindən artıq kök insanlarda ən çox görülən psixiatrik xəstəlik depressiyadır, ikinci yerdə isə təşviş-həyəcan pozuntusu gəlir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu psixiatr, uzman həkim Fuad Bəşirov açıqlayıb.

Dünyada son 30 ildə şiddətlə artan və sağlamlığı ciddi təhdid edən problemlərdən biri də həddindən artıq piylənmədir. Bu, yağ toplanmasıyla bağlı yaranan bir vəziyyətdir. Həddindən artıq köklük həyat keyfiyyətini və ömrü azaltmaqdadır. Bu köklüyün yaranma səbəbləri arasında ailə, çevrə, mədəniyyət və psixoloji səbəblər rol oynayır. Cəmiyyətdə gənc olmaq, gözəl olmaq, incəlik kimi dəyərlərə verilən qiymətin yüksək olması, kök insanlarda cəlbedici olmadıqları duyğusu oyandırmaqdadır. Beləcə özünə inamın azalması, ifadə etmədə çətinlik çəkmə, bacarıqsızlıq kimi hisslər, cəmiyyətdən uzaqlaşma, itirəcəyini və sevilməyəcəyini düşünmə özünə hörmətin azalması ilə nəticələnir.

Həddindən artıq yemənin yol açdığı həm psixoloji problemləri, həm tibbi xəstəlikləri bildiyimiz halda niyə çox yeməyə əngəl ola bilmirik?  Çox yemənin əsasında dayanan psixoloji problemlərə baxdığımız vaxt, yemək seçiminin, miqdarının və vaxtının belə, rol oynadığını görürük. Yemək davranışının yuxu kimi kefli, kədərli, əsəbi, sevincli olmaq kimi emosional səbəblərdən təsirləndiyi bilinməkdədir.  İnsanda sıxıntı hissi, depressiya, kefsizlik, xroniki yorğunluq kimi vəziyyətlərdə yemək yemədə artma yaranır. Kefsizlik yemək yeməni artırır, yemək yedikcə çəki artır, çəki artdıqca kefsizlik bir az daha artır. Bu vəziyyət artıq dar dairə içinə girmiş olur, bəzən. Qorxu, gərginlik, ağrı kimi emosional vəziyyətlərdə isə yemək miqdarında azalma yaranır. Yəni insanın yemək yemə davranışı insanın emosiya, hissləri ilə sinxron işləyir.

Başqa bir prizmadan baxdığımızda, həddindən artıq kök insanların ailələrində psixiatrik problemlərin çox olduğunu görməkdəyik. Dağılmış ailə və ya uşaq vaxtı fiziki, mənəvi istismar və laqeydliyə məruz qalanlarda həddindən artıq köklüyün riskinin artdığını görməkdəyik. Yenə uşaq vaxtı kök olanların 70%-ə qədəri yetkin vaxtı da kök olur. Çünki öyrənilmiş bir yemək davranışı var. Valideynləri tərəfindən sürətli, çox yedirilən uşaqlar yemək davranışını bu şəkildə öyrənir. Bir müddət müəyyən prosedurlar ilə çəki itirənlərin kiçik stressdən sonra təkrar eyni çəkiyə qayıdırlar. Çünki ilk yaranan vərdişlər çox vaxt unudulmur.