Hər şikayətə görə körpələrə dərman yazmaq olmaz


Digərləri 03 Avq 2019 19:45:00 263 0

Hər şikayətə görə körpələrə dərman yazmaq olmaz

Körpələrin böyük insanlarla müqayisəsi doğru deyil. Çünki körpələrin hətta doğulandan sonra da heç bir orqanı tam inkişaf etməmiş olur. Bu orqanların inkişaf etməməsinə görə bir çox şikayətlər olur ki, bu əslində təbii şikayətlərdir. Təbabət bunu fizioloji, yəni normal şikayət olaraq qəbul edir. Bu zaman dərman təyin etmək yox, sadəcə olaraq, gözləmək lazımdır.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu açıqlayıb. Həkim bildirib ki, qeyd olunan şikayətlərin əksəriyyəti zamanla keçib gedir: "Təbii ki, bu şikayətlər gələcəkdə hansısa bir xəstəliyə çevirə bilər. Halbuki bu çox nadir olur və ehtimaldır".

Mütəxəssis deyib ki, hər hansı bir ehtimala görə, uşaqlara dərman təyin olunmamalıdır. Ümumiyyətlə, dünya praktikasında həkimin imkan daxilində körpəyə dərman yazmaması qaydası qəbul olunub. Çünki hər bir dərman nə qədər yüngül hesab olunsa da, mütləq bir fəsadı var. Hansısa vitaminin belə, uşağa fəsadı ola bilər. Ona görə imkan daxilində körpələrə dərman təyin edilməməlidir. Bizdə isə oturuşmuş bir psixoloji inanc var: körpədə şikayət varsa, mütləq dərman yazılmalıdır. Hamımız inanırıq ki, dava-dərmansız bu şikayətlər keçməz, kurs-kurs müalicələr yazıla, çoxlu-çoxlu siroplar verilə ki, uşaq əmələ gəlsin. Amma yenə vurğulayırıq ki, körpələrdə bir çox şikayətlər var ki, onlar fiziolojidir və dünyanın heç bir yerində bunlara görə uşaqlara dərman yazılmır"...