Dünyanın ən böyük qapalı bazarı:


Digərləri 03 Avq 2019 19:47:00 242 0

Dünyanın ən böyük qapalı bazarı:

Qədim tarixdən bəri İran şəhərlərinin strukturunda bazarlar mərkəzi yer tutub, ticarət marşrutlarının kəsişməsində yerləşib. Bu ərazilərdə bazarların eramızın 7-ci əsrindən başlayaraq mövcud olduğuna dair sübutlara rast gəlmək olar.

BBC-nin Farsca xidməti İran bazarları haqqında silsilə yazılar hazırlayıb. Onlardan biri dünyanın ən böyük örtülü bazarı sayılan Təbriz bazarıdır.

Ənənəvi bazarlar fəaliyyət göstərməkdə davam edən mədəni irsdir.

Burada iş görmək və istirahət etmək üçün yer və şərait var.

Bazar həyatını "şoppinqədək" endirən müasir ticarət mərkəzlərindən və ya mollardan fərqli olaraq köhnə bazarlar insanlara bir-biriylə söhbətləşmək, ünsiyyət qurmaq imkanı verir.

Beləliklə, köhnə bazarlar iqtisadi funksiyalarla bərabər sosial və mədəni funksiyalara da malikdir.

Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri ənənəvi bazar həyatı kontekstində bir-birindən fərqli görünməyə çalışmırlar.

İran bazarları müxtəlif görünsə də, əslində çox oxşardır. Onlar hündürə yox, enə üzanan və ümumi bir dam altında fəaliyyət göstərən komplekslərdir.

Bazar məkanına məscid, məbəd, su anbarı, məktəb və hamam kimi bir-birini tamamlayan obyektlər daxildir.

Bundan əlavə, İran bazarlarının əsas elementləri müxtəlif şöbələr, qapalı dəhlizlər, bazara aid keçidlər və boş məkanlar, böyük və kiçik karvansaralar, anbarlar, böyük və misal üçün zərgərlik dükanları kimi kiçik obyektlərdən ibarətdir.

Təbriz bazarı qədim səyahhların və tarixçilərin qeydlərində böyük bir bazar kimi təsvir olunub.

Təbriz bazarı

Təbriz bazarı kompleksinin tarixi 10-cu əsrə gedib çıxır.

Monqolların Elxanilər dövləti dövründə, yəni 13-14-cü əsrlərdə bu bazar İpək yolunun üstündə yerləşirdi və bu səbəbdən olduqca böyük bir əhəmiyyətə malik idi.

Qazan xan Təbriz şəhərini paytaxt elan etdi.

Həmin dövrlərdə yaşamış İran alimi və tarixçisi Həmdullah Mustovfi Qəzvini öz qeydlərində Təbriz şəhərini olduqca böyük bir şəhər kimi təsvir edib.

Elxanilər sülaləsi dövründən sonra bir müddət Təbriz şəhəri paytaxt kimi qalmaqda davam edib və Ağqoyunlu və Qaraqoyunlu dövlətləri dövründə də əhəmiyyəti yüksək olub.

Lakin illər keçdikcə səhərdə bazarın yerləşdiyi yer müxtəlif səbəblərə görə dəyişib.

Məsələn, 12-ci əsrdə baş verən zəlzələ Təbriz bazarının böyük bir hissəsinin dağıdılmasına səbəb olub.

Sonradan, Zəydilik və Qacar ​​dövrlərinin sonunda memarlar bazarda bərpə işləri aparıblar.

Təbriz bazarının bum yaşadığı dövrlər Nəsir Xosrov və Yaqut Həməvi, İbn Bətutə, Markopulos və Jean Chardin-in səyahət qeydlərində də təsvir olunub.

Fətəli şah Qacarın dövründə vəliəhd Abbas Mirzənin iqamətgahının Təbrizdə yerləşməsi də bu şəhərdəki bumu daha da gücləndirmiş oldu.

Vəliəhd bazarın yaxınlığında, şərq tərəfdə, özü üçün bir saray tikdirdi.

Qərb tərəfdən isə bazarın bir ucu Cümə məscidinə gedib çıxır.

Bu gün, iki milyondan çox əhalisi olan Təbriz, İranın şimal-qərbində yerləşən yeganə meqapolis miqyasında olan bir şəhəridir.

Təbriz bazarı Təbriz şəhərinin tam mərkəzində yerləşir.

Təbriz bazarının və tavanının sahəsi 4000 kvadrat metrə çatır.

Qədim tarixdən bəri İran şəhərlərinin strukturunda bazarlar həmişə mərkəzi yer tutb.

Təbriz bazarının ərazisi İsfahan, Şiraz, Məşhəd, Kerman, Tehran və Rəşt kimi digər şəhərlərdən daha böyükdür.

Təbriz bazarı İran bazarları arasında ən tam sosial quruluşa malikdir.

Kompleks özündə 2600-ə yaxın hücrə, dükan və mağaza, 2 növbəli iş rejimi, 1 qərargah, 2 məscid, 1 supermarket,3 dəhliz, 2 hamam, 1 məktəb və 1.5 marketləri birləşdirir.

Təbriz bazarının yerinə yetirdiyi funksiyaları texnologiya, distribütorluq və satış sahələrinə aid etmək olar.

Təbriz Bazar Kompleksi dünyanın ən böyük universal bazarlarından biri kimi tanınır.

Təbriz Bazar Kompleksi 2008-ci ildə İranın Milli Mədəni İrs Siyahısına və avqust ayında YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Təbriz bazarının xarici görünüşü, şəhərin ümumi görünüşünə uyğun olaraq adi binalara bənzəyir.

Təbriz bazarının yerləşdiyi ərazinin yüksəklikdən görüntüsü