Özünü ərəb şeyxinin arvadı kimi qələmə verib Parisin bahalı butikini soydu


Dünya 03 Avq 2019 17:22:00 213 0

Özünü ərəb şeyxinin arvadı kimi qələmə verib Parisin bahalı butikini soydu

Parisdə artıq adi hal alan, lakin qeyri-adi üsulla törədilən növbəti oğurluq hadisəsi baş verib.

Son.az musavat.com-a istinadən bildirir ki, bu ilin iyulun 31-də şəhərin mərkəzində yerləşən zərgərlik mağazalarından birinə iki qadın daxil olub.

Onlardan biri özünü Dubay şeyxinin arvadı, digərini isə köməkçisi kimi təqdim edib.

Satıcının sözlərinə görə, qadınlar bəzək əşyalarını seçdiyi zaman dükana dəfələrlə müxtəlif zənglər həyata keçirilib.

Ən sonda qadın seçdiyi məmulatların pulunu növbəti gün verəcəyini deyərək mağazanı tərk edib. Öncə qadınların bir şey almadan çıxması satıcını aldadıb. Daha sonra içində ləl-cəvahirat olan qutunun içindən bəzək yerinə şokolad konfetlərinin çıxması hər şeyi aydınlaşdırıb.