Vaşinqton Londonu hədələdi: "Bunu ləğv etməsəniz..."


Dünya 03 Avq 2019 16:33:00 209 0

Vaşinqton Londonu hədələdi: "Bunu ləğv etməsəniz..."

ABŞ Prezident Administrasiyası rəqəmsal xidmətlər təklif edən böyük şirkətlərə vergi tətbiqinin dayandırılması ilə bağlı Britaniyaya xəbərdarlıq edib.

Vaşinqton əks təqdirdə ABŞ-ın iki ölkə arasında imzalanması nəzərdə tutulan azad ticarət razılaşmasından imtina edəcəyini bildirib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, məlumatı "Deyli Teleqraf" öz etibarlı mənbələrinə istinadən yayıb.

Məlumata görə, bu xəbərdarlıq Britaniya hökumətinə bir neçə səviyyədə edilib.