Dünyanın sonu gəlir?


Dünya 03 Avq 2019 16:11:00 276 0

Dünyanın sonu gəlir?

Bütün dünyaya təsir edən yüksək temperatur artıq Qrenlandiyanı belə əritməyə başlayıb.

Son.az musavat.com-a istinadən bildirir ki, irihəcmli buzlarla örtülü olan Qrenlandiyada 197 milyard ton buz əriyib. 

Danimarka krallığı tərkibinə daxil olan, Atlantik və Şimal Buzlu okeanları arasında yerləşən Qrenlandiyanın səthinin 82 faizi buzlarla bağlıdır. 

Danimarkanın qütb araşdırmaları mərkəzinin əməkdaşı Rut Mottramın verdiyi açıqlamaya görə, Qrenlandiyada iyul ayının 31-dən bu yana 10 milyard ton buz əriyib. 4-5  gün içərisində bu qədər buzun əriməsi dünya alimlərini də qorxuya salıb. Ümumilikdə iyul ayında 197 milyard ton buz əriyib. Qütb araşdırmalar mərkəzindən bildirilib ki, bu qədər əriyən buz ilə 80 milyon hovuz doldurmaq mümkündür. 


Xəbərə aid fotolar