SON DƏQİQƏ: Azərbaycanlı turistləri daşıyan avtobus Türkiyədə aşdı:


Digərləri 03 Avq 2019 13:44:00 235 0

SON DƏQİQƏ: Azərbaycanlı turistləri daşıyan avtobus Türkiyədə aşdı:

Türkiyənin Nevşehir vilayətində azərbaycanlı turistlərin olduğu avtobus aşıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 14 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin normal olduğu deyilir.

Hadisə Kappadokiya rayonunda qeydə alınıb. Qəzaya uğrayan avtobusda 18 azərbaycanlı turist olub.