Şoubiznesin zövqlü və zövqsüzləri kimdir?


Şou-biznes 03 Avq 2019 13:10:00 203 0

Şoubiznesin zövqlü və zövqsüzləri kimdir?

Stilist Elnur Həsənov şou-biznesin xanım ifaçılarının geyim tərzindən danışıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, "Hər şey daxil" daxil verilişinə qonaq olan Elnur Xalq artisti Aygün Kazımova, Əməkdar artistlər Tünzalə Ağayeva, Röya Ayxanın və digərlərinin geyim tərzini analiz edib:

"Sevda Yahyayeyvanın geyim tərzi tam xoşuma gəlmir. Ona uzun saç yaraşdırmıram. Uzunboy deyil, paltarları qısadır... Elə gözəl sifəti var ki, "baby face"dir. Kübar xanımdır, incə geyinməlidir.

Dilarə Kazımovanın bəzi fotosessiyaların bəyənirəm. Ona qapalı geyimlər yaraşdırmıram. Onun "Eurovision"da geyindiyi paltarı da xoşlamamışdım.

Tünzalə Ağayevanın makiyajları xoşuma gəlmirdi, parıltılı olurdu. Son vaxtlar geyimləri çox iddialıdır.

Səmra Hüseynova kompleksiz adamdı, onun geyimlərindən xoşum gəlir.

Zülfiyyə Xanbabayeva ağ-qara rəngi sevir. O, ikondur artıq. Bir kəməri, pencəyi elə edə bilər ki, tam başqa nəsə görərsən.