Sabahın hava proqnozu açıqlanıb


Digərləri 03 Avq 2019 13:05:00 176 0

Sabahın hava proqnozu açıqlanıb

Avqustun 4-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Bakı. İlhamə İsabalayeva - Avqustun 4-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək, mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz isə 30-34° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraiti mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.