Bakıda yeni zavod istifadəyə verilib


Digərləri 03 Avq 2019 11:26:00 221 0

Bakıda yeni zavod istifadəyə verilib

Bakı şəhərində Pirallahı Sənaye Parkında şpris istehsalı zavodu istifadəyə verilib.

Bakı. Elçin Mehdiyev – Bakı şəhərində Pirallahı Sənaye Parkında şpris istehsalı zavodu istifadəyə verilib. Trend-in məlumatına görə, ümumilikdə 2019-cu ilin yanvar-iyun aylarında Bakı şəhərində DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib. 2019-cu ilin yanvar-iyun aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyard 917,2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz az vəsait yönəldilib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 49,6 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.