Kommersiya təşkilatları ilə bağlı bəzi meyar göstəriciləri dəyişdirildi


Digərləri 03 Avq 2019 09:55:00 203 0

Kommersiya təşkilatları ilə bağlı bəzi meyar göstəriciləri dəyişdirildi

Kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri dəyişdirilib.

Bakı. İlhamə İsabalayeva – Kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri dəyişdirilib. Trend-in məlumatına görə, Nazirlər Kabineti bununla əlaqədar “Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinin təsdiq edilməsi barədə” qərarda dəyişiklik edib. Qərarla kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri dəyişdirilib.