Dəhşətli anlar: “İnsanları diridiri yeyirdilər…” –


Digərləri 03 Avq 2019 09:49:00 219 0

Dəhşətli anlar: “İnsanları diridiri yeyirdilər…” –

Amerikalı keçmiş hərbçi Edqar Harrellin danışdıqları hər kəsi təəccübləndirir.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Harrell 1945-ci ildə torpedo sistemi ilə batırılan gəmidəki 1195 hərbçidən biri olub.

O, gəmi batdıqdan sonra şans sayəsində sağ qaldığını və təxminən 600 əsgərin köpək balıqları tərəfindən diri-diri yeyilməsinin şahidi olduğunu iddia edib.

Dörd gün dənizin ortasında sağ qalmağı bacaran hərbçi bir müttəfiq ordunun qırıcısının onu təsadüfən görməsindən sonra xilas olub.

Tarixin ən qorxunc köpək balığı hücumu olaraq xatırlanan olay "Indianapolis" adlı ABŞ döyüş gəmisində baş verib.

Gəmi 1945-cil avqustun 31-də bir həftə sonra Yaponiyanın Xirosima adasına atılacaq uranı adaya çatdırıb Filippin sahillərindəki Tinian adasına doğru hərəkət edirdi. Lakin yapon sualtı gəmisi "Indianapolis"-i gördükdən sonra gəmiyə 6 torpedo zərbəsi endirdi. Bu torpedolardan ikisi gəmiyə böyük xəsarət verdi və batmasına səbəb oldu.