Qax mineral suları qonşu ölkələrə


Digərləri 03 Avq 2019 09:08:00 248 0

Qax mineral suları qonşu ölkələrə

"Qax Mineral Su" MMC mineral sular istehsalçısı öz məhsulunun Rusiyaya ixrac imkanlarını nəzərdən keçirir.

Bunu Trend-ə şirkətin direktoru Camal Muxtarov deyib.

C.Muxtarovun sözlərinə görə, "Qax Mineral Su - İlham" şirkətinin istehsalı olan mineral sular ölkə daxilində - Bakıda və digər 22 regionda satılır:

"Bizim istehsalımız daxili tələbi ödəyir və müəssisənin potensialını nəzərə alaraq biz xaricə su ixrac edə bilərik. İlk mərhələdə biz Rusiyaya məhsul ixrac etməyi planlaşdırırıq, potensial bazar qismində isə Türkiyə bazarını nəzərdə keçiririk. Hazırda xarici tərəfdaşlarımızla danışıqlar aparırıq. Əvvəllər şirkətdə müəyyən maliyyə problemləri mövcud idi, onlar qismən həll olunub. Hesab edirik ki, bu ölkələrə məhsul ixracını ilin sonunadək təşkil edə biləcəyik".