“Snapchat” “Instagram”da yeni kampaniya işə salıb


Digərləri 03 Avq 2019 08:55:00 216 0

“Snapchat” “Instagram”da yeni kampaniya işə salıb

Foto və video mübadiləsi üçün olan "Snapchat" tətbiqi "Həqiqi dostlar" kampaniyasını işə salıb. Şirkət paylaşımların yerləşdirilməsinə görə "Instagram"-dakı bir neçə hesablara pul ödəyib.

Son.az insider.az-a istinadən bildirir ki, hesablar "realfriends" (həqiqi dostlar") və "friendshipquotes" ("dostluq sitatları") teqləri altında dostluq haqda sitatlar nəşr edir və "Snapcatdan sizlər üçün" yazısı ilə imzalayırlar.

Növbəti bir neçə ay ərzində "Snap" reklamı həmçinin "onlarla ölkədə" bilbordlarda və televiziyada yerləşdirəcək.