“Facebook”un yeni layihəsi məlum olub


Digərləri 03 Avq 2019 08:46:00 219 0

“Facebook”un yeni layihəsi məlum olub

"Facebook" üzərində çalışdığı videozəng dəstəyi olan TV-konsolunda öz kontentini yerləşdirilməsi təklifilə "Netflix", "Disney", "Hulu", "HBO" və "Amazon"-a müraciət edib.

Son.az insider.az-a istinadən bildirir ki, bu barədə mənbələr və layihə haqda sənədlərə istiinadla "The Information" resursu yazır.

Nəşriyyatın məlumatına görə, "Catalina" kod adlı cihaz "Facebook"-dan videoçatlar üçün olan "ağıllı" "Portal" displeyinin də istifadə etdiyi eyni texnologiyadan istifadə edəcək. Həmçinin onun distant idarəolunma fiziki pultu olacaq.

Şirkət cihazı 2019-cu ilin pyızında tədim etməyə ümid edir.

Mediaşirkətlərlə gedən danışıqların hansı mərhələdə olduğunu resurs öyrənə bilməyib. "Reuters" əlavə edir ki, "Facebook" bu barədə şərh vermək sorğusunu cavablandırmayıb.