Ciyərləri təmizləyən ən effektli üsul Sarıköklü südün MÖCÜZƏVİ TƏSİRİ


Digərləri 02 Avq 2019 23:05:00 219 0

Ciyərləri təmizləyən ən effektli üsul  Sarıköklü südün MÖCÜZƏVİ TƏSİRİ

Gecə yatmazdan əvvəl sarıköklü süd içsəniz, bu, orqanizmdə möcüzələr yarada bilər.

Son.az sarıköklü südün faydaları ilə tanış edir.

Orqanizmdə iltihab əmələ gəlməsinin qarşısını alır

Sarıkök anti-enflamatuar təsirə malikdir. Artrit, enflamatuar bağırsaq xəstəliyi, pankreatit və bir çox xəstəliyin müalicəsində anti-enflamatuar xüsusiyyətlərə malikdir. Gündə bir stəkan sarıköklü süd içmək orqanizmdə iltihab əmələ gəlməsinin qarşısını alır.

Ciyərləri təmizləyir

Sarıkökün ciyərlərə müsbət təsiri sübut olunub. Sarıkök orqanizminizdə təmizləyici funksiyanı yerinə yetirir və ciyərlərdə yağ turşularının toplanmasının qarşısını alır. Bu içki maddələr mübadiləsini asanlaşdıracaq və ciyərləri təmizləyəcək.

Vücud müqavimətini artırır

Aqraşdırmalar göstərib ki, sarıkök bakteriya, virus, göbələklərə qarşı mübarizdə antibiotik təsirinə malikdir. Müalicəvi içki soyuqdəymə və boğaz ağrısına qarşı çox təsirlidir.

Xərçəng riskini azaldır

Sarıkök güclü antioksidant funksiyasını yerinə yetirir. Araşdırmalar göstərir ki, o bədəndə sərbəst radikal ifraz edən oksidativ stressi azaldır. Həmçinin xərçəng xəstəliklərinin qarşısını alır. Yeni bir araşdırmada o da məlum olub ki, sarıkök şişlərin böyüməsini dayandırmağa yardım edir.