Ağcaqanadları evdən uzaqlaşdırmaq üçün 5 unikal təbii vasitə Birdəfəlik qurtulacaqsınız


Digərləri 02 Avq 2019 22:44:00 282 0

Ağcaqanadları evdən uzaqlaşdırmaq üçün 5 unikal təbii vasitə  Birdəfəlik qurtulacaqsınız

Yay aylarında evinizdə həşəratların varlığından dərin narahatlıq duyursunuz və onlara qarşı kimyəvi maddələrdən istifadə etmək istəmirsinizsə, təbii metodlara müraciət edə bilərsiniz.

Son.az xəbər verir ki, 6 bitkidən istifadə edərək evinizi həşəratlardan qoruya bilərsiniz.

Reyhan

Uzaqlaşdırdığı canlılar: ağcaqanad, qarakərə

Qoxusu hesabına bu həşəratları evdən uzaq saxlayan reyhanı qapı və pəncərələrin qarşısına, eyvana və yataq otaqlarınıza qoya bilərsiniz. Özünüzü ağcaqanad sancmalarından qorumaq istəyirsinizsə, reyhanı suda qaynadaraq soyumasını gözləyin. Daha sonra sprey formasında qabla bədəninizə həmin sudan sıxın.

Lavanda

Uzaqlaşdırdığı canlılar: güvə, ağcaqanad, qarakərə, birə

Lavanda geyimlərin və yataq dəstlərinin düşməni olan güvələrin əsl dərmanıdır. Bağçanızda gün şüalarının düşdüyü yerə lavanda əkin. Yaxud saxsı qablarda becərin pəncərələrinizin önünə düzün. İnsanlar üçün xoş qoxusu olsa da, həşəratlar bu bitkini heç sevmirlər!

Allium

Uzaqlaşdırdığı canlılar: yarpaq biti, ilbiz