"Porsche" 2 mindən çox avtomobili geri çağırdı


Digərləri 02 Avq 2019 21:40:00 195 0

"Porsche" 2 mindən çox avtomobili geri çağırdı

"Porsche" şirkəti Rusiyadan 2055 avtomobili geri çağırıb

Bakı. "Porsche" şirkəti Rusiyadan 2055 avtomobili geri çağırıb. Trend-in məlumatına görə, bu qərar avtomobillərin kondisionerinin ventilyasiya sistemində qısaqapanma ehtimalı ilə əlaqədar verilib. Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2010-cu ilin dekabrından 2017-ci ilin oktyabrınadək Rusiyada satılmış "Panamera" modellərinə şamil olunur.