Hamiləlikdə baş ağrısının səbəbləri? xilas yolu


Digərləri 02 Avq 2019 20:46:00 282 0

Hamiləlikdə baş ağrısının səbəbləri?  xilas yolu

Hamiləlik ərəfəsində fiziki narahatlıqlar baş qaldırır. Qadınların mədə bulantısı, baş ağrısı və gicəllənməsi kimi bir çox narahatlıqlar ortaya cıxır. Hər hamiləlik dövründə bu həssaslıq müşahidə edilməsə də, bir çox ana namizədini narahat edir. Bəs bu ərəfədə baş ağrısınını səbəbi nədir, necə edək ki, narahatlıqdan xilas olaq? Bu kimi suallara Son.az-ın medicina.az-a istinadən təqdim etdiyi bu yazıdan cavab tapa biləcəksiniz.

Hamiləlilkdə baş ağrısınını səbəbləri

Hamiləliyin əlamətləri arasında baş ağrısı xüsusi yer alır. Ana namizədləri durumdan narahat olurlar. Bədəndəki ani hormonal dəyişiklik və qan həcminin artması başda ağrılara səbəb olur. Tez-tez baş ağrıları olan qadınlar bəzən görmə problemi ilə də üz-üzə qala bilir.

Hamiləliyin ilk 3 ayında bədənin hormonal dəyişikliyinə görə baş ağrısı, qusma, mədə bulantısı, ovuclarda tərləmə kimi əlamətlər biruzə verir. Qidalanma balansının anidən dəyişməsi də qusma və baş ağrılarına səbəb olur.    Daha çox su qəbul edin

Bu ərəfədə daha az baş ağrısı yaşamaq üçün su qəbulu vacibdir. Hamiləlikdə bədənin suya normal haldan daha çox ehtiyac var. Eyni zamanda hamiləliliyin sağlam irəliləməsi üçün su önəmlidir.   Qan şəkərinə diqqət!

Qan şəkəri düşəndə baş ağrıları və miqrenə təkan olur. Buna görə də, hamilələr az-az, amma tez-tez yeməlidir. Hamiləlik zamanı bədənin müxtəlif yerlərində ödəm yaranır. Bu maye yığılması burun və sinusların tıxanmasına şərait yaradır. Nəticədə isə qan təzyiqi peyda olur. Bu isə baş ağrılarının şiddətlənməsinə gətirib çıxarır.   Hamiləlikdə artıq çəki baş ağrısına səbəb olur

Hamiləliyin son aylarında artan çəki başda ağrılara səbəb olur. Narahat yatmaq, yatanada pozisyanı dəyişməmək və kiloda artım ağrını daha da şiddətləndirir.   Hamiləlik zəhərlənməsi baş ağrısına səbəb ola bilir   Bu ərəfədədə baş ağrısınını digər bir səbəbi məhz hamiləlik zəhərlənmədir. Hamiləlik zəhərlənməsinin əlamətləri:   •    Yüksək təzyiq •    Hamiləlikdə beyin qanaması •    Ürək çatışmazlığı •    Böyrək çatışmazlığı.   Hamiləlik zəhərlənməsi zamanı uşaqda inkişaf geriləyir və erkən doğum təhlükəsi yaranır. Bəs həkimlərin bəhs etdiyi "preeklampsi" kimlərdə müşahidə edilir?

İlk hamiləlik

Əkiz hamiləlik

Köklükdən əziyyət çəkən hamilələr

Əvvəlki hamiləliyində hipertəzyiqi olan analar