Diqqət! Paytaxtın bu yolunda rənglənmə işləri aparılacaq


Digərləri 02 Avq 2019 17:20:00 210 0

Diqqət! Paytaxtın bu yolunda rənglənmə işləri aparılacaq

Axşam saat 22 00-dan Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bakı. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 02-03 avqust tarixlərində axşam saat 22 00-dan Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə bildirilib. Agentlik bu səbəbdən sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.