Jurnalistikaya qəbul olmaq istəyənlərin verdiyi qabiliyyət imtahanının NƏTİCƏSİ açıqlandı


Digərləri 02 Avq 2019 17:06:00 171 0

Jurnalistikaya qəbul olmaq istəyənlərin verdiyi qabiliyyət imtahanının NƏTİCƏSİ açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 1-də keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 1-də keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib. Mərkəzdən Trend-ə verilən məlumata görə, abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər. İmtahanda iştirak etmək hüququ qazanmış 486 abituriyentdən 110 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 376 abituriyentdən 344 nəfəri “məqbul” qiymət alıb. Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.