UEFA Superkubokunda bir ilk - Qadın hakim...


Digərləri 02 Avq 2019 15:57:26 187 0

UEFA Superkubokunda bir ilk - Qadın hakim...

Bu il avqustun 14-də “Liverpul” və “Çelsi” klubları arasında keçiriləcək UEFA Superkubokunu tarixdə ilk dəfə qadın hakim idarə edəcək

Bakı. Orxan Nəbiyev - Bu il avqustun 14-də “Liverpul” və “Çelsi” klubları arasında keçiriləcək UEFA Superkubokunu tarixdə ilk dəfə qadın hakim idarə edəcək. Trend-in məlumatına görə, UEFA bu matçın idarə olunması üçün fransalı hakim Stefani Frapparı təyin edib. Onun assistentləri də qadın yan hakimlər olacaq. Belə ki, S.Frappara fransalı Manuela Nikolosi və niderlandlı Mişel O’Nil olacaq. Dördüncü hakim türkiyəli Cüneyt Çakır təyin olunub.