Ata alışveriş mərkəzində 2 yaşlı uşağını TƏPİKLƏDİ


Dünya 02 Avq 2019 14:56:00 206 0

Ata alışveriş mərkəzində 2 yaşlı uşağını TƏPİKLƏDİ

Türkiyənin İzmir şəhərinin Balçova rayonunda yerləşən bir alış-veriş mərkəzində 2 yaşlı uşağını təpikləyən şəxsin görüntüləri böyük səs-küyə səbəb olub.

Son.az İHA-ya istinadən xəbər verir ki, atanın körpə övladına qarşı etdiyi bu vəhşilik cavabsız qalmayıb. 

Belə ki, həmin şəxs rayonun polis əməkdaşları tərəfindən artıq saxlanılıb.

Qeyd edək ki, həmin kadrları mərkəzdəki başqa bir müştəri çəkib.