Suiqəsdlə öldürülən prezidentin 22 yaşlı qardaşı nəvəsi


Dünya 02 Avq 2019 14:17:00 278 0

Suiqəsdlə öldürülən prezidentin 22 yaşlı qardaşı nəvəsi

1968-ci ildə ABŞ prezidenti olan böyük qardaşı Con F. Kennedi kimi sui-qəsd nəticəsində ölən senator Robert F. Kennedinin 22 yaşlı nəvəsi Saoirse Kennedi Hill narkotikdən dünyasını dəyişib.

Son.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı gənc qızın həyatını dünən çatdırıldığı xəsatəxanda xilas etmək mümkün olmayıb.

Massaçusettsdəki "Cape Cod" xəstəxanası Hillin ölüm səbəbi ilə bağlı hər hansı bir açıqlama verməyib. Ancaq Amerika mediası Hillin dozadan artıq narkotik istifadə etdiyi üçün öldüyünü yazır.

CBS Televiziyası, "New York Times", "New York Post" qəzetləri isə Bostonda təhsil alan Hillin depressiyaya düşdüyünü qeyd edib.


Xəbərə aid fotolar