Gədəbəy sakinini öldürən Ağstafa sakini saxlanıldı


Digərləri 02 Avq 2019 12:35:00 270 0

Gədəbəy sakinini öldürən Ağstafa sakini saxlanıldı

Gədəbəy sakinini öldürən Ağstafa sakini saxlanıldı

Bakı. Elçin Mehdiyev - Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü “isti izlər”lə açılıb. Belə ki, Trend-ə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən verilən məlumata görə, iyulun 22-də Gədəbəy rayon sakini 1959-cu il təvəllüdlü Kamil İmamquliyevin üzərində zorakılıq əlamətləri olan meyitinin ailə üzvləri tərəfindən aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Ağstafa rayon sakini 1980-cı il təvəllüdlü Anar Nuriyev tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan barəsində axtarış elan edilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nuriyev avqustun 1-i Ağstafa rayonu ərazisində tutularaq istintaqa cəlb olunmuşdur.