İşəgötürənlərin peşə təhsilinə cəlbini stimullaşdırmaq üçün yeni qaydalar layihəsi hazırlanıb


Digərləri 02 Avq 2019 12:27:00 250 0

İşəgötürənlərin peşə təhsilinə cəlbini stimullaşdırmaq üçün yeni qaydalar layihəsi hazırlanıb

Peşə Təhsili üzrə Dövlət Agentliyi işəgötürənlərin peşə təhsilinə inteqrasiyasını stimullaşdırmaq məqsədilə qaydalar layihəsi hazırlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili deyib.

Onun sözlərinə görə, qaydalar layihəsi peşə təhsili ilə bağlı bu yaxınlarda qəbul edilən Strateji Yol Xəritəsinə uyğun olaraq hazırlanıb: "İşəgötürənlərin peşə təhsilinə inteqrasiyasını stimullaşdırmaq üçün həm "Peşə təhsili haqqında" qanunda, həm də Strateji Yol Xəritəsində öz əksini tapıb. Bununla bağlı ilkin qaydalar hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib. Hazırda müvafiq qurumların rəy və təklifləri nəzərə alınmaqla layihə üzərində iş davam etdirilir. Yaxın vaxtlarda layihə yenidən aidiyyəti qurumlara təqdim ediləcək".

A.Əlili əlavə edib ki, qaydalarda "Peşə təhsili haqqında" qanunda nəzərdə tutulan məsələlərlə bağlı təkliflər irəli sürülüb.